İqtisadiyyat
Keçən ildə tibbi maska istehsalı 40 faizdən çox artıb
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda tibbi maska istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 2 milyon 450.79 min ədəd maska istehsal edilib. 2024-cü ilin yanvar-sentyabr aylarında tibbi maska istehsalı 1 milyon 741.20 min ədəd olub. Beləliklə, 2025-ci ilin ilk doqquz ayında tibbi maska istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 709.59 min ədəd və ya təxminən 40.8 faiz artıb. Elmidar Əliyev
Mənbə
oxu.az