Cəmiyyət

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

07 Jan 2026, 17:46 2 baxış
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Paytaxtın Sabunçu və Nizami rayonlarında qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Sabunçu rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nizami rayonunda isə yeraltı orta təzyiqli xətdə sızmanın qarşısının alınması məqsədi ilə 08.01.2026-cı il saat 10:00-dan etibarən qeyd olunan rayonlar üzrə bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər