İqtisadiyyat

AMB-nin 22 avtomobili təkrar hərraca çıxarılır: Ən ucuzu 3 800, ən bahalısı isə 102 000 manatdır

07 Jan 2026, 16:36 1 baxış
AMB-nin 22 avtomobili təkrar hərraca çıxarılır: Ən ucuzu 3 800, ən bahalısı isə 102 000 manatdır
Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan nəqliyyat vasitələri yanvarın 26-da təkrar hərraca çıxarılacaq. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca ümumilikdə 22 ədəd nəqliyyat vasitəsi təqdim olunur. Avtomobillərin 20-si Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi, 136P ünvanında, iki avtomobil isə Yevlax şəhərində yerləşir. Hərraca çıxarılan nəqliyyat vasitələri arasında "Mercedes-Benz", "Lexus", BMW, "Audi", "Toyota", "Hyundai", "Honda", KIA, GMC və VAZ markalı avtomobillər var. Buraxılış illəri 1996-2016-cı illəri əhatə edir. Hərracda start qiyməti ən aşağı olan nəqliyyat vasitəsi 1996-cı il buraxılışlı VAZ-21213 minik avtomobilidir. Onun başlanğıc qiyməti 3 800 manat təşkil edir. Hərracda start qiyməti ən yüksək olan avtomobil isə 2016-cı il buraxılışlı "Lexus LX 570" minik avtomobilidir. Bu nəqliyyat vasitəsi 102 681.7 manat start qiyməti ilə satışa çıxarılıb. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər