İqtisadiyyat

Göygöldə torpaq sahələrinin satışı üzrə planlaşdırılan hərrac dayandırılıb

07 Jan 2026, 16:52 1 baxış
Göygöldə torpaq sahələrinin satışı üzrə planlaşdırılan hərrac dayandırılıb
Göygöl rayonu Qızılca-Göygöl bələdiyyəsinin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanladığı 5 yanvar 2026-cı il tarixli, 02/26 nömrəli məktuba əsasən torpaq hərracı dayandırılıb. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 120 kvadratmetr və 248 kvadratmetr torpaq sahələrinin mülkiyyətə verilməsi məqsədilə 28 yanvar 2026-cı il tarixinə planlaşdırılan hərrac ləğv edilib. Hərracın dayandırılmasının səbəbləri ilə bağlı əlavə məlumat verilməyib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər