İqtisadiyyat

FT: "Chevron" və "Quantum" "LUKOIL"un beynəlxalq aktivlərini bölüşdürməyi planlaşdırırlar

07 Jan 2026, 13:16 1 baxış
FT: "Chevron" və "Quantum" "LUKOIL"un beynəlxalq aktivlərini bölüşdürməyi planlaşdırırlar
ABŞ-nin "Chevron" şirkəti və "Quantum Energy Partners" investisiya qrupu "LUKOIL"un beynəlxalq aktivlərinin bölünməsi ilə bağlı saziş bağlamağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, şirkətlərin təklifi "LUKOIL"un bütün xarici aktivlər portfelini əhatə edir, "Quantum" və "Chevron" isə uzunmüddətli dövr üçün 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. Bu yanaşmanın ABŞ Prezidenti Donald Tramp Administrasiyası tərəfindən müsbət qarşılandığı qeyd edilib. "Biz bu aktivlərin mülkiyyət hüququnu daimi şəkildə ABŞ operatoruna ötürəcək bir satış axtarırıq. Biz aktivlərin satın alındıqdan dərhal sonra satılmasını istəmirik, çünki bu, çox cəlbedici variantdır", - deyə qəzet yerli məmurdan sitat gətirib. Oktyabr ayında ABŞ və Böyük Britaniya "LUKOIL"u sanksiya siyahısına əlavə edib. Daha sonra "LUKOIL" beynəlxalq aktivlərini satmaq niyyətini açıqlayıb və beynəlxalq neft treyderi "Gunvor"dan Rusiya şirkətinin xarici aktivlərinə sahib olan "LUKOIL International GmbH"nı almaq təklifi gəlib. Lakin daha sonra ABŞ Maliyyə Nazirliyinin Ukraynadakı münaqişə həll olunana qədər "Gunvor"a biznes fəaliyyəti və mənfəət əldə etmək üçün lisenziya verməyəcəyini bildirib və şirkət "LUKOIL"un xarici aktivlərini almaq təklifini geri götürdüyünü açıqlayıb. Noyabrın 14-də "LUKOIL"un nümayəndələri bəyan ediblər ki, şirkət öz xarici aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır və yekun razılaşmalar əldə edildikdən və lazımi icazələr alındıqdan sonra sövdələşməni elan edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər