Cəmiyyət

Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI

07 Jan 2026, 13:36 2 baxış
Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI
Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, Sərxan Hüseynlinin müalicəsi Pediatrik reanimasiya şöbəsində davam etdirilir. "Vəziyyəti orta ağır olaraq qalır", - deyə məlumatda qeyd olunur. Xatırladaq ki, hadisə dekabr ayının 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər