Cəmiyyət

Stomatoloqlar TƏBİB-in qarşısında aksiya keçirir - Video

07 Jan 2026, 12:40 1 baxış
Stomatoloqlar TƏBİB-in qarşısında aksiya keçirir - Video

Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar.


Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər.


İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb.


Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.

Mənbə axar.az

Oxşar Xəbərlər