Cəmiyyət

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonentin təchizatı dayandırılıb

07 Jan 2026, 11:42 2 baxış
Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonentin təchizatı dayandırılıb
Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatı dayandırılıb. Oxu.Az xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib. Yaranmış təhlükənin aradan qaldırılması üçün aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər