Cəmiyyət

FHN-dən dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə MÜRACİƏT

07 Jan 2026, 10:32 2 baxış
FHN-dən dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciətində deyilir. Nazirlik proqnozu nəzərə alaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır: "Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!"
Mənbə oxu.az

Oxşar Xəbərlər