İqtisadiyyat
Məşhur "Mülkiyyət" qəzeti ləğv olunur
Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Mülkiyyət" qəzetinin və "Daşınmaz Əmlak Bülleteni" jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb. Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, qəzet və jurnalın təsisçisi "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər. Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur: "Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir". Elmidar Əliyev

Mənbə
oxu.az