Cəmiyyət
Baba, nənə və nəvə dəm qazından zəhərləndi, biri öldü
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib.
Axar.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.
Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.
R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.
Araşdırmalar aparılır.
Mənbə
axar.az
Oxşar Xəbərlər