Cəmiyyət

Sərxoş halda asfalta uzandı, maşın vurub öldürdü

07 Jan 2026, 09:35 2 baxış
Sərxoş halda asfalta uzandı, maşın vurub öldürdü

Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.


Axar.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi "Mersedes Vito" markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.


Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.


Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər