İqtisadiyyat

Bakıda səki, həyət və parklar üzrə abadlıq layihələrinə milyonlarla manat vəsait ayrılıb

06 Jan 2026, 17:48 1 baxış
Bakıda səki, həyət və parklar üzrə abadlıq layihələrinə milyonlarla manat vəsait ayrılıb
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma müsabiqəsi elan edib. Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 3 milyon 26 min 216 manat 20 qəpik təşkil edir. Müsabiqə çərçivəsində mühəndislik satınalmaları və layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsi planlaşdırılır. Müsabiqəyə fevralın 5-də yekun vurulacaq. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər