İqtisadiyyat
Naxçıvanda dəmiryol xətti layihəsi çərçivəsində 10 stansiya tikiləcək
Naxçıvan Muxtar Respublikasında dəmiryol xətti layihəsi çərçivəsində 10 stansiya, 814 mühəndis qurğusu, o cümlədən 29 körpü və dörd tunelin tikintisi nəzərdə tutulur. Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib. Qeyd edilib ki, Naxçıvan MR-də dəmiryol xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. "Dəmir yollarının uzunluğu 194.1 km, yan yollarla birlikdə 264 km təşkil edir", - deyə qurumdan əlavə olunub.
Mənbə
oxu.az