İqtisadiyyat

Bakı Slavyan Universiteti cari təmir üçün 1,8 milyon manatlıq tender elan etdi

06 Jan 2026, 15:24 1 baxış
Bakı Slavyan Universiteti cari təmir üçün 1,8 milyon manatlıq tender elan etdi
Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işlərinin aparılması ilə bağlı satınalma müsabiqəsi elan edilib. Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 839 min 825.84 manat təşkil edir. Texniki şərtlərə əsasən, təmir işləri çərçivəsində universitetin binalarında və yataqxanasında yararsız vəziyyətdə olan müxtəlif konstruksiyaların sökülməsi, divarların bərpası nəzərdə tutulur. Tenderə yanvarın 23-də yekun vurulacaq. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər