İqtisadiyyat
2026-cı ildə Orta Dəhlizin perspektivi: "Həm yükdaşıyanlar, həm də investorlar üçün cəlbedicidir"
Yanvarın 1-də "Çin Enerji İnşaat Korporasiyası"na ("China Energy Engineering Group") məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin-Avropa yük qatarı Sian şəhərindən yola düşüb. Bu, 2026-cı ildə Çindən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsilə yola düşən ilk qatardır. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15-23 gündən təxminən 11 günədək qısalıb. Çin-Avropa yük qatarının (Sian) Trans-Xəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib. Bəs, 2026-cı ildə Orta Dəhlizin perspektivlərini necə dəyərləndirmək olar? Hansı qazanclar və üstünlüklər ehtimal olunandır? Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Zaur Şükürov bildirib ki, 2026-cı ildə Çindən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycana doğru yola düşən ilk qatar təkcə ilin başlanğıcı hadisəsi deyil, eyni zamanda Avrasiya nəqliyyat xəritəsində yeni bir dinamikanın formalaşdığını göstərir:
"Bu hadisə son illərdə Azərbaycan ilə Çin arasında dərinləşən iqtisadi-ticari əlaqələrin, habelə ölkəmizin regional və qlobal tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyən mühüm göstəricidir. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkətinin intensivləşməsi və daşınma müddətinin 15-23 gündən təxminən 11 günədək azalması Orta Dəhlizin rəqabət qabiliyyətini kəskin şəkildə artırıb. Bu, yalnız logistika baxımından deyil, həm də iqtisadi səmərəlilik, ticarət dövriyyəsinin genişlənməsi və təchizat zəncirlərinin dayanıqlılığı baxımından ciddi üstünlüklər yaradır." "Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Çin Xalq Respublikası Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə nəqliyyat, logistika, energetika və sənaye sahələrində həyata keçirilən birgə layihələr bu əməkdaşlığın uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir. "Bir kəmər, bir yol" təşəbbüsünün mühüm halqalarından biri olan Orta Dəhliz Azərbaycanın geostrateji mövqeyini ön plana çıxarır. Çin üçün Avropaya ən qısa və etibarlı marşrutlardan biri məhz Azərbaycan üzərindən keçən Trans-Xəzər dəhlizidir. Bu marşrut həm vaxt, həm də təhlükəsizlik baxımından alternativ yollarla müqayisədə daha əlverişli hesab olunur. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan son illərdə nəqliyyat-logistika infrastrukturunun inkişafına milyardlarla dollar həcmində sərmayə yatırmış və Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları, logistika mərkəzləri və rəqəmsal həllər ölkəni regionun əsas tranzit qovşaqlarından birinə çevirib. Bu layihələrdə Çin şirkətlərinin və maliyyə institutlarının da iştirakı iki ölkə arasında qarşılıqlı etimadın və praktiki əməkdaşlığın göstəricisidir. Nəticə etibarilə, Orta Dəhliz üzrə daşımaların artması Azərbaycanın tranzit gəlirlərini yüksəltməklə yanaşı, ölkənin qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir. Prezident İlham Əliyev dünən yerli mətbuata verdiyi müsahibəsində də qeyd etdi: "Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu, ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik" - deyə, deputat vurğulayıb. Onun sözlərinə görə, ərazimizdən keçən yüklərin sayı artır: "Dövlət başçısının bu fikirləri reallıqda həyata keçirilən siyasətin və görülən işlərin məntiqi nəticəsidir. Azərbaycan nəqliyyat marşrutlarının təhlükəsizliyi, sabitliyi və fasiləsiz fəaliyyəti üçün həm daxili, həm də beynəlxalq səviyyədə ardıcıl addımlar atır. Bu istiqamətdə aparılan işlər təkcə mövcud infrastrukturun səmərəli istifadəsi ilə məhdudlaşmır. Eyni zamanda, dəmir yolu xətlərinin modernləşdirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Çindən Orta Dəhliz vasitəsilə yola düşən ilk qatarın 2026-cı ilin əvvəlində Azərbaycana doğru hərəkətə başlaması qlobal ticarət sistemində alternativ marşrutlara artan tələbatın göstəricisidir. Geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda etibarlı tranzit ölkələrinin rolu daha da artır. Azərbaycan bu kontekstdə sabit siyasi mühiti, proqnozlaşdırılan iqtisadi siyasəti və güclü beynəlxalq tərəfdaşlıqları ilə seçilir. Beləliklə, Orta Dəhlizin inkişafı Azərbaycan-Çin münasibətlərinin praktik nəticəsi olmaqla yanaşı, Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq imkanları açır. Daşınma müddətlərinin azalması, logistika xərclərinin optimallaşdırılması və marşrutun təhlükəsizliyi bu dəhlizi həm yükdaşıyanlar, həm də investorlar üçün cəlbedici edir". "2026-cı ildə Çindən Orta Dəhliz vasitəsilə Azərbaycana doğru yola düşən ilk qatar ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyinin daha da gücləndiyini nümayiş etdirir. Azərbaycan-Çin strateji tərəfdaşlığı, iri infrastruktur yatırımları və Prezident İlham Əliyevin müəyyən etdiyi aydın nəqliyyat-tranzit strategiyası ölkəmizi Mərkəzi Asiya ilə Avropa arasında ən etibarlı və səmərəli körpüyə çevirir. Bu xəttin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın regional liderliyini və beynəlxalq iqtisadi sistemdə rolunu gələcək illərdə daha da artıracaq" - deyə, parlamentari fikrini yekunlaşdırıb. Mərahim Nəsib

Mənbə
oxu.az