Maraqlı
Səfəvilərin mənəvi mirası: Şeyx Cüneyd türbəsi və onun nadir memarlığı
Şeyx Cüneyd türbəsi Qusar rayonunun Həzrə kəndində qədim qəbiristanlığın yaxınlığında yerləşir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu kəndin də öz adını Şeyx Cüneydin "Həzrət" ləqəbindən aldığı ehtimal olunur. Abidənin üzərindəki lövhədə onun 1544-cü ildə, I Şah Təhmasibin hökmdarlığı dövründə tikildiyi qeyd olunub. Türbədə Səfəvi şeyxlərindən olan Şah İsmayıl Xətainin babası, Ərdəbil hakimi Şeyx Cüneyd dəfn edilib. Bişmiş kərpicdən inşa edilən türbə binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Beş yüzə yaxın yaşı olan abidə sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artıb, təmir olunaraq ətrafı abadlaşdırılıb. Altı yüz ilə yaxın tarixi olan Şeyx Cüneyd türbəsindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az