İqtisadiyyat

Cari il üçün müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

05 Jan 2026, 15:31 1 baxış
Cari il üçün müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub
Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci il ilə müqayisədə 4 faiz çoxdur. Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28.9 faizi həcmində və ya 12 milyard 53.9 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465.6 milyon manat və ya 4 faiz çoxdur. Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717.6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336.3 milyon manat ayrılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər