İqtisadiyyat
Venesuela hadisələri "Bitcoin"in və qızılın qiymətinə təsir etdi
"Bitcoin"in kursu son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, kriptovalyutanın məzənnəsi 2.3% artaraq 93 323 dollara çatıb. Nəşr bildirir ki, bu artım Venesuela lideri Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsindən sonra davam edən siyasi qeyri-müəyyənliklə əlaqədardır. Həmçinin qızıl 2% bahalaşaraq trua unsiyası 4 400 dolları keçib, gümüşün qiyməti isə 4.8% artıb. Bildirilir ki, Maduronun həbsindən sonra investorların təhlükəsiz qiymətli metallara tələbatı çoxalıb.
Mənbə
oxu.az