Siyasət
2026-cı ildə dünya siyasətini nələr gözləyir?
2026-cı ilə daxil olan dünya artıq sadəcə yeni başlanğıc deyil, həm də əvvəlki illərdən yığılıb qalan geosiyasi, iqtisadi, hərbi və sosial problemlərin davamı, onların yeni mərhələyə keçməsidir. Müharibələr, regional qarşıdurmalar, geosiyasi rəqabət və iqtisadi təzyiqlər paralel şəkildə davam edir. Son illər beynəlxalq sistemdə normaya çevrilən qeyri-sabitliyin bu ildə davam edəcəyi və həll yollarının axtarılacağı müzakirə mövzusudur. Azərbaycan və Cənubi Qafqaz: Sülh, sabitlik və gözləntilər Cənubi Qafqaz 2026-cı ildə də strateji əhəmiyyətini qoruyur. Xüsusən də Azərbaycan və Ermənistan arasında 2020 və 2023-cü illərdəki qarşıdurmalardan sonra iki ölkə arasında münaqişə artıq tarixi mərhələyə qədəm qoysa da, ötən ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda sülh sazişi paraflansa da, proses hələ tam yekunlaşmayıb. Hazırda bölgədə sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistan konstitusiyasında dəyişiklik, kommunikasiya və iqtisadi əlaqələr tam bərpa olunmayıb. Buna baxmayaraq, etimad quruculuğu - diplomatik proseslər davam edir, bölgədə yeni genişmiqyaslı münaqişə ehtimalı aşağı qiymətləndirilir. Bu baxımdan, 2026-cı il Cənubi Qafqaz üçün normallaşma ili kimi yadda qala bilər. Regional əməkdaşlıq və xarici güclərin maraqlarının dəf edilməsi bölgənin sabitliyi üçün həlledici faktordur.
Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna müharibəsi 2026-cı ildə də qlobal gündəmin mərkəzində qalır. Döyüşlərin intensivliyi dəyişkən olsa da, qarşıdurma hələ də davam edir və artıq yalnız iki ölkə arasında deyil, qlobal geosiyasətə təsir edən amil kimi çıxış edir. Əbəs deyil ki, bu müharibə artıq Avropanın müdafiə strategiyasını kökündən dəyişdirib. NATO-nun mövqeyi sərtləşib, yeni hərbi modernləşmə proqramları və müdafiə investisiyaları aktivləşib. Ukrayna və Rusiya enerji və ərzaq resurslarında mühüm tədarükçülər olduqları üçün müharibənin uzanması Avropada və qlobal bazarlarda qiymət dalğalanmalarına da səbəb olub. Üstəlik, Rusiya və Qərb qarşıdurmasına gətirib çıxaran eskalasiya digər regionlarda da tərəfdaş və rəqib əlaqələrinə təsir edib. Çin, ABŞ və digər aktorlar həm iqtisadi, həm də strateji qərarlarında bu münaqişəni mütləq nəzərə alırlar. 2026-cı ildə bu münaqişə artıq birbaşa hərbi toqquşmadan çox, qlobal diplomatik və iqtisadi rəqabətin simvolu olacaq. Necə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə təqdim etdiyi 20 bəndlik sülh planında da bu amil yer alıb. Çünki dünyanın müxtəlif regionları bu münaqişədən təsirlənir, bir çox mühüm təhlükəsizlik məsələləri üzrə risklər artır.
Yaxın Şərq Yaxın Şərq 2026-cı ildə də dünyanın ən riskli bölgəsi sayılır. Çünki burada regional qarşıdurmalar yalnız lokal deyil, qlobal aktorların maraqları ilə birləşərək mürəkkəb bir təhlükə faktoruna çevrilir. Bu regionda həllini gözləyən əsas gərginliklərdən biri İsrail-Fələstin münaqişəsi ilə bağlıdır. Uzunmüddətli qarşıdurma regional sabitliyi davamlı təhdid edir. Diplomatik səylər nəticə vermir və lokal qarşıdurmalar genişmiqyaslı müharibələrə çevrilir. Üstəlik, prosesə İranın da cəlb olunması, nüvə proqramı, hərbi fəaliyyətlər və regional təsirlər Yaxın Şərqin qeyri-sabitliyini daha da artırır. Suriya və Yəmən ətrafında gedən münaqişələrə də nəzər salsaq, problemin heç də adi olmadığını və bu il də bu məsələlərin öhdəsindən gəlməyin elə də asan olmayacağını deyə bilərik. Ələlxüsus, adı çəkilən ölkələr ətrafında digər aktorların da iştirakı ilə gedən münaqişələr, yaranan humanitar böhran və silahlı qrupların fəaliyyəti sabitliyi daha da zəiflədir, hər toqquşmanın əlavə regional böhrana çevrilmə ehtimalını artırır.
Qlobal mənzərə: Dünyanı nə gözləyir? 2026-cı ilin qlobal mənzərəsi yeni müharibələrdən daha çox, mövcud problemlərin dərinləşib-dərinləşməyəcəyi ilə bağlıdır. Çünki bu gün dünya həm də informasiya və iqtisadi müharibələrlə qarşı-qarşıyadır. Kiberhücumlar, təxribatyönlü kampaniyalar və əlavə təzyiq rıçaqları yeni münaqişə elementləri kimi çıxış edir. BMT və digər beynəlxalq institutların zəfləyən təsirini regional güc mərkəzləri doldurmağa başlayıb. Diplomatiya isə hələ də vacibdir, lakin təkbaşına deyil, qeyd etdiyim kimi, yeni güc mərkəzləri və ittifaqlar fonunda... Nəticədə 2026-cı il dünya üçün dinclik vəd etməsə də, əsas məsələ yeni müharibələrdən çox, mövcud qarşıdurmaların həlli və qlobal təhlükəsizliyin qorunmasıdır. Dünya daha mürəkkəb və proqnozlaşdırılması çətin bir mərhələyə daxil olub. Burada hər bir regional və qlobal qərar həm iqtisadi, həm də siyasi nəticələrə birbaşa təsir göstərəcək. Mərahim Nəsib

Mənbə
oxu.az