İqtisadiyyat
Saqqız idxalı azalıb: Ən bahalı məhsul ABŞ-dən gəlib
2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456.58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri 2 milyon 257.95 min ABŞ dolları təşkil edib. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 55.08 ton azalıb, dəyəri isə təxminən 101.7 min dollar artıb. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511.66 ton saqqız idxal olunmuş, idxalın dəyəri isə 2 milyon 156.22 min ABŞ dolları olmuşdu. 2025-ci ilin ilk 10 ayında saqqız əsasən aşağıdakı ölkələrdən idxal olunub: - Türkiyə - 307.73 ton (1 milyon 364.27 min dollar); - Rusiya - 52.47 ton (473.63 min dollar); - Türkmənistan - 35.62 ton (187.63 min dollar); - İran - 25.75 ton (51.5 min dollar); - Pakistan - 15.19 ton (46.84 min dollar); - Çin - 11.62 ton (45.28 min dollar); - İtaliya - 4.16 ton (48.98 min dollar); - ABŞ - 0.02 ton (0.87 min dollar). Rəqəmlərdən görünür ki, 2025-ci ildə ən bahalı məhsul ABŞ-dən alınıb: 20 kiloqram saqqıza 870 dollar ödənilib ki, bir tonunun qiyməti 43.5 min dollar edir. 2024-cü ilin eyni dövründə də əsas idxalçı ölkə Türkiyə olub. Həmin dövrdə Türkiyədən 350.01 ton saqqız idxal edilib. Onu Rusiya (61.6 ton) və Türkmənistan (26.19 ton) izləyib. Elmidar Əliyev
Mənbə
oxu.az