İqtisadiyyat
Ötən il Azərbaycandan elektrik enerjisi ixracı 26 faiz azalıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 69.7 milyon dollar dəyərində elektrik enerjisi satıb ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24.2 milyon dollar və ya 25.8% azdır. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin 11 ayında ölkədən 93.9 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
Elektrik enerjisini ixrac edən əsas qurumlardan biri Naxçıvan Muxtar Respublikasının Energetika Xidməti olub. Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 3.3 milyard ABŞ dolları təşkil edib. Elmidar Əliyev

Mənbə
oxu.az