Kriminal
Qusarda tikilidə yanğın olub
Qusar rayonunun Xuray kəndində yanğın olub. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan "Changan" markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məhərrəm Əliyev
Mənbə
oxu.az