Kriminal
Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var
Bakı şəhərinin Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli ikiotaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə
oxu.az