Kriminal
Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 31-də, saat 11:10-da Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (iki kişi, bir qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. "Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır. Əzizə İsmayılova Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Oxu.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Yuxarı Şilyan kənd yolunda VAZ-2106 və "Nissan" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan dörd nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az