Kriminal
Lerikdə mikroavtobus dərəyə aşıb, altı nəfər xəsarət alıb
Lerikdə mikroavtobus dərəyə aşıb, altı nəfər xəsarət alıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb. Belə ki, "Mercedes Vito" mikroavtobusu idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan altı nəfəri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az