Kriminal

Paytaxtda güclü külək ağacı yüksəkgərginlikli elektrik xəttinin üzərinə aşırıb

31 Dec 2025, 12:38 1 baxış
Paytaxtda güclü külək ağacı yüksəkgərginlikli elektrik xəttinin üzərinə aşırıb
Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan irigövdəli ağac yüksəkgərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib. Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər