İqtisadiyyat

Azərbaycandan nar alan ölkələrin adları məlum oldu

31 Dec 2025, 12:42 1 baxış
Azərbaycandan nar alan ölkələrin adları məlum oldu
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 31 milyon 365.18 min dollar dəyərində 32 min 107.11 ton nar satılıb. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövründəki göstəricilərindən dəyər baxımından təxminən 5.6 milyon dollar, miqdar baxımından 2.75 min ton çoxdur. 2024-cü ilin 11 ayında ölkədən 25 milyon 767.72 min dollar dəyərində 29 min 359.58 ton nar ixrac edilib. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ən çox nar alan ölkə Rusiya olub. 10 ayda Rusiyaya 17 milyon 352 min dollar dəyərində 17 min 502 ton nar ixrac edilib. Azərbaycandan nar alan ölkələr sırasında Gürcüstan, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Moldova və Kanada yer alıb. 10 ayda Azərbaycana 146 min dollar dəyərində 71.23 ton nar idxal edilib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər