İqtisadiyyat
AZAL dövlət bankında depozit yerləşdirib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 50 milyon manat depozit yerləşdirib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı ilk müqavilə 2025-ci il fevralın 5-də imzalanıb. Depozit 6 ay müddətinə, illik 8%-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7% müəyyən edilib. Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32.968 milyon manat əsas borc və 13.471 milyon manat faiz ödənişi həyata keçirib.
Mənbə
oxu.az