İqtisadiyyat

"Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ixracını artırıb

30 Dec 2025, 15:16 1 baxış
"Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ixracını artırıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16.4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə "Azərkosmos" dünyanın 35 ölkəsinə 1.5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq 4.2 milyon ABŞ dolları ilə birinci, Lüksemburq 3.2 milyon ABŞ dolları ilə ikinci, İsveç 1.1 milyon ABŞ dolları ilə üçüncü, Türkiyə 772.0 min ABŞ dolları ilə dördüncü, Nigeriya isə 759.8 min ABŞ dolları ilə beşinci yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər