İqtisadiyyat

Cari ildə Azərbaycana beş milyard dollarlıq qızıl gətirilib - Xarici ticarət balansının müsbət saldosu artıb

30 Dec 2025, 13:28 1 baxış
Cari ildə Azərbaycana beş milyard dollarlıq qızıl gətirilib - Xarici ticarət balansının müsbət saldosu artıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7.3% artaraq 3 milyard 317 milyon dollar təşkil edib. Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ümumi dəyəri 5 milyard 41.6 milyon dollar olan qızıl idxal olunub. Qızıl idxalı istisna etməklə, cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7 milyard 254.5 milyon dollar olub. Eyni dövrdə qızıl idxalı nəzərə alınmadan idxalın həcmi 16 milyard 146.7 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çoxdur. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər