İqtisadiyyat

Şuşada tarixi məktəb 1,75 milyon manata təmir olunacaq

30 Dec 2025, 11:24 1 baxış
Şuşada tarixi məktəb 1,75 milyon manata təmir olunacaq
Şuşa şəhərində yerləşən tarixi Qız məktəbinin əsaslı təmiri ilə bağlı tender keçirilib. Oxu.Az xəbər verir ki, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi tərəfindən Şuşa şəhəri, Dəmir yumruq küçəsi, giriş 56 ünvanında yerləşən Qız məktəbinin əsaslı təmir işlərinin satınalınması məqsədilə keçirilən tenderin qalibi "Babayev Group Company" MMC olub. Qalib şirkətlə bağlanacaq müqavilənin dəyəri 1 milyon 750 min 5 manat 10 qəpik təşkil edir. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər