Siyasət

Şəhid ailələrinə və qazilərə daha 115 mənzil verildi

30 Dec 2025, 11:52 1 baxış
Şəhid ailələrinə və qazilərə daha 115 mənzil verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib. Oxu.Az xəbər verir ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib. Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim olunmasına dair toplantıda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: "Möhtəşəm Zəfər qazandığımız Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7 mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb". Yeni mənzillərlə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən xüsusi diqqət və qayğıya, bayram ərəfəsində yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
{{gallery}} Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər