Kriminal
Zaqatalada baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Zaqatala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər (4 kişi, 3 qadın) dekabrın 29-da, saat 15:40-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi davam etdirilir. Üç nəfərin vəziyyəti orta ağır, dörd nəfərin vəziyyəti isə stabildir", - məlumatda qeyd olunub. Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər xəsarət alıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür. Qeyd olunub ki, Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi VAZ-2110 markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi "Opel Astra" markalı minik avtomobilləri toqquşub. "Opel Astra"nın sürücüsü Ə.Qurbanov, VAZ-ın sürücüsü Ş.Tevruzov, "Opel Astrada" olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ.Pirimovun övladı, 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az