Kriminal

Masazırda evdə yanğın

29 Dec 2025, 20:10 1 baxış
Masazırda evdə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.


Axar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Görülmüş operativ tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər