Kriminal
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi
Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehriban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərləniblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az