Kriminal
Bakıda sələmçini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda sələmçini öldürdürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul edilib. Məhkəmə baxış iclası yanvarın 12-nə təyin olunub. Qeyd edək ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçiliklə məşğul olan Təranə Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyinə dair məlumat daxil olub. İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təranə Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib, izi itirməyə çalışıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri üzrə cinayət işi açılıb, E.Vəliyev təqsirləndirilən şəxs qismində cəlb olunub. Elgün Həsənli
Mənbə
oxu.az