Siyasət
2026-cı ildə Rusiya-Ukrayna müharibəsinin bitməsini şərtləndirən amillər - ŞƏRH
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi qısa müddətdə regional qarşıdurma çərçivəsindən çıxaraq, qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərən genişmiqyaslı geosiyasi böhrana çevrildi. Bir neçə ildir davam edən bu münaqişə beynəlxalq münasibətlərdə güc balansına, enerji təhlükəsizliyinə və diplomatik mexanizmlərə ciddi təsir edib. Mövcud vəziyyət fonunda əsas suallardan biri müharibənin nə zaman və hansı şərtlərlə başa çatacağı ilə bağlıdır. Politoloq Rəşad Bayramov Oxu.Az-a açıqlamasında münaqişənin 2026-cı ildə bitmə ehtimalını hərbi, siyasi, diplomatik və iqtisadi faktorlar prizmasından təhlil edib, həmçinin mümkün sülh ssenarisinin perspektivdə regional və qlobal nəticələrini qiymətləndirib:
"2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi beynəlxalq siyasətdə ən dramatik və genişmiqyaslı konfliktlərdən birinə çevrilib. Artıq 4 ildir ki, davam edən münaqişənin 2026-cı ildə bitmə ehtimalını qiymətləndirərkən həm hərbi, həm siyasi, həm də iqtisadi amilləri nəzərə almaq lazımdır. İlk növbədə təbii ki, hərbi balans məsələsinin mühüm rol oynadığını qeyd etmək lazımdır. Ukrayna müharibə boyunca Qərb ölkələrindən, xüsusilə ABŞ və Avropa İttifaqından (Aİ) əhəmiyyətli hərbi dəstək alıb, döyüş texnikası, kəşfiyyat məlumatları və maliyyə resursları baxımından güclənib. Digər tərəfdən Rusiya hələ də strateji resurslar və hərbi potensial baxımından əhəmiyyətli üstünlüyə malikdir. Hər iki tərəfin itkiləri və mövqelərin mürəkkəbliyi fonunda 2026-cı ildə müharibənin bitməsi üçün ya real hərbi tükənmə, ya da siyasi qərar və sülh təşəbbüsü tələb olunur". Politoloq hesab edir ki, ikinci məsələ kimi, beynəlxalq diplomatiyanın rolu olduqca vacibdir: "ABŞ, Avropa və digər beynəlxalq aktorlar 2025-ci ilin sonlarından müharibənin dayandırılması və sülh danışıqlarına təkan vermək üçün vasitəçilik mexanizmlərini aktivləşdiriblər. Əgər Rusiya və Ukrayna üçün sülhün sərfəli siyasi və iqtisadi həll yolları yaradılarsa, 2026-cı ildə konfliktin bitməsi ehtimalı yüksələr. Bu isə əsasən diplomatik və iqtisadi təzyiqlərin nəticəsində mümkün ola bilər". Müsahibimiz vurğulayıb ki, digər vacib faktor daxili siyasi vəziyyətlə bağlıdır: "Rusiya və Ukraynada iqtisadi vəziyyət, sosial sabitlik və ictimai təzyiqlər hökumətləri müəyyən kompromislərə vadar edə bilər. Ukraynanın uğurlu hərbi əməliyyatları və Rusiya qarşı iqtisadi sanksiyaların təsiri tərəfləri danışıqlara yönləndirə bilər. Amma hələlik qeyd olunan məqamlarla bağlı nəticəyə təsir göstərə biləcək faktorlar yoxdur və ya olduqca zəifdir. Yəni başqa sözlə desək, mövcud durumda tərəflərdən hər hansı birinin hərbi cəhətdən tamamilə tükəndiyini söyləmək mümkün deyil. Beynəlxalq diplomatiya xüsusilə də Rusiyanı kompromislərə getməsi üçün yetərli təzyiq göstərə bilmir və ölkələrin daxilində də ictimai basqı yetərli səviyyədə deyil. Sonuncu Zelenski-Tramp görüşündə də sülh sazişinin əksər detalları ilə bağlı ümumi anlaşma olsa da, ərazi güzəştləri məsələsində - hansı ki, bu, həm Rusiya, həm də Ukrayna üçün prinsipial əhəmiyyət daşıyır - hələlik hər hansı razılaşma yoxdur". "Amma bütün bunlara baxmayaraq, əgər müharibə 2026-cı ildə bitərsə, şübhəsiz ki, bu, geosiyasi mənzərənin də dəyişməsinə səbəb olacaq. Geosiyasi reallıqlar isə bir neçə istiqamətdə dəyişə bilər. Bunlardan biri regional təhlükəsizlik arxitekturası ilə bağlıdır. Müharibənin bitməsi ilə Şərqi Avropada təhlükəsizlik mexanizmləri yenidən formalaşa bilər. NATO və Avropa İttifaqı Ukraynanın təcrübəsinə əsaslanaraq müdafiə strategiyalarını gücləndirmək haqqında düşünəcək və bu istiqamətdə fəaliyyəti prioritet olaraq görəcək. Rusiya-Ukrayna münasibətlərində də fərqli reallıqların formalaşacağı şübhəsizdir. Əlbəttə ki, sülh olacaqsa, bu, müəyyən kompromislər hesabına baş verəcək. Odur ki, Donbas və Krım məsələsində yeni diplomatik mexanizmlərin yaradılması vacibliyi ortaya çıxacaq. Müharibənin bitməsi qlobal enerji və iqtisadi təsirlərlə də müşahidə olunacaq. Belə ki, enerji bazarlarında stabilləşmə, Avropanın enerji təhlükəsizliyinin güclənməsi və dünya iqtisadiyyatında proqnozlaşdırıla bilən ticarət axınlarına şərait yaranacaq. Ən nəhayət, müharibənin bitməsi sözsüz ki, Rusiya və Qərb arasında yeni normaların, eləcə də beynəlxalq hüquq və sanksiya rejimləri üzrə yeni mexanizmlərin ortaya çıxmasına da şərait yarada bilər", - deyə şərhçi diqqətə çatdırıb. Analitik onu da qeyd edib ki, 2026-cı ildə Rusiya-Ukrayna müharibəsinin bitməsi ehtimalı həm hərbi, həm diplomatik, həm də daxili siyasi faktorlarla bağlı olan məsələdir: "Əgər bu baş verərsə, həm Avropada, həm də qlobal siyasətdə yeni təhlükəsizlik, iqtisadi və diplomatik reallıqlar formalaşması gözləniləndir". Mərahim Nəsib

Mənbə
oxu.az