İqtisadiyyat

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29 Dec 2025, 17:56 1 baxış
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının iclasında agentlik tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər müzakirə olunub. Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İZİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir. İclas çərçivəsində agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər