Siyasət

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədləri müəyyənləşdi

29 Dec 2025, 15:32 1 baxış
İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədləri müəyyənləşdi
Prezident İlham Əliyev ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, fərmanla ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30 faiz müəyyən edilir. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 225 (Cild I) 2-ci hissəsində "20,0" rəqəmləri "30,0" rəqəmləri ilə əvəz edilir. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1460 (Cild I) 1-ci hissəsindən "ortamüddətli dövr üzrə" , "17,5 faiz," və "isə" sözləri çıxarılır. "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 oktyabr tarixli 2332 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1380 (Cild I) 1-ci hissəsindən "ortamüddətli dövr üzrə", "17,5 faiz," və "isə" sözləri çıxarılır. Bu fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər