Siyasət
2026-cı il üçün ehtiyac meyarı artırıldı
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanunda əksini tapıb. Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.
Mənbə
oxu.az