Siyasət

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi TƏSDİQLƏNDİ

29 Dec 2025, 14:43 1 baxış
İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi TƏSDİQLƏNDİ
İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qanuna əsasən, işsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266 400 000 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır: 1. işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000 manat; 2. işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000 manat. Müəyyən edilir ki, 2026-cı ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
2.1. İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: 236 600 000
2.1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 25 950 000
2.1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 25 950 000
2.1.3. qeyri-büdcə sektoru üzrə 184 700 000
2.2. Sair gəlirlər 1 700 000
Müəyyən edilir ki, işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
3.1. İşsizliyə görə sığorta ödənişləri 28 000 000
3.2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 26 000 000
3.3. Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi 1 500 000
3.4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 500 000
3.5. Haqqı ödənilən ictimai işlərin təşkili 3 700 000
3.6. Özünüməşğulluq tədbirlərinin təşkili 77 000 000
3.7. Sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi 6 000 000
3.8. Peşə standartlarının hazırlanması 1 000 000
3.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri 68 700 000
3.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 50 000 000
3.11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması 1 000 000
3.12. Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi 2 000 000
3.13. Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri 1 000 000
Mənbə oxu.az

Oxşar Xəbərlər