Siyasət
Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi TƏSDİQLƏNDİ
Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsini təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qanuna əsasən,dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır: 1. dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000 manat; 2. dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000 manat. Müəyyən edilir ki, 2026-cı ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Müəyyən edilir ki, dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
| Sıra №-si | Gəlirlərin mənbələri | Məbləğ (manatla) |
| 2.1. | Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: | 6 591 100 000 |
| 2.1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 1 856 029 000 |
| 2.1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 253 095 000 |
| 2.1.3. | qeyri-büdcə sektoru üzrə, o cümlədən: | 4 481 976 000 |
| 2.1.3.1. | sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə | 103 500 000 |
| 2.2. | Sair daxilolma, o cümlədən: | 32 000 000 |
| 2.2.1. | sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar | 2 810 000 |
| 2.3. | Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait | 1 700 000 000 |

Mənbə
oxu.az