Kriminal
Bakı-Sumqayıt yolunda qəza: Avtomobil aşdı
Bakı-Sumqayıt yolunda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilir. Hadisə nəticəsində 99-FP-276 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil yolun hərəkət hissəsində aşıb, nəqliyyat vasitəsi yararsız hala düşüb. Xəsarət alanlar barədə hazırda məlumat yoxdur. Sözügedən hadisəni əks etdirən görüntünü təqdim edirik:
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər