Cəmiyyət

114 saylı marşrutdan şikayət: "Soyuqdan donuruq, oturacaqlar sınıqdır"

29 Dec 2025, 11:32 1 baxış
114 saylı marşrutdan şikayət: "Soyuqdan donuruq, oturacaqlar sınıqdır"
Bakıda fəaliyyət göstərən 114 saylı marşrutun avtobuslarında istilik sisteminin işləməməsi sərnişinlərin narazılıqlarına səbəb olub. Oxu.Az-a daxil olan müraciətdə bildirilib ki, xüsusilə səhər və axşam saatlarında avtobusların salonları çox soyuq olur. Sərnişinlərin sözlərinə görə, qalın geyinmələrinə baxmayaraq, soyuq onlara daha çox təsir edir. Şikayətdə, həmçinin qeyd olunub ki, marşrut üzrə avtobusların hərəkət intervalı zəifdir: "Salonların sanitar vəziyyəti qənaətbəxş deyil, soyuqdan donuruq, həmçinin bir çox oturacaqlar yararsız və qırıq vəziyyətdədir".
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər