Kriminal

Qusarda itkin düşən 51 yaşlı kişinin meyiti tapıldı

29 Dec 2025, 11:36 1 baxış
Qusarda itkin düşən 51 yaşlı kişinin meyiti tapıldı
Qusar rayonunda itkin düşən şəxsin meyiti tapılıb. Oxu.Az-ın məlumatına görə, rayonun Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdov dekabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla dekabrın 27-də onun meyiti kəndin ərazisindən keçən su arxında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər