Cəmiyyət

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

29 Dec 2025, 11:10 1 baxış
1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Bu fotoşəkillər 1891-ci ilə, Nəsrəddin Şah Qacarın Tehrandan Ərak şəhəri yaxınlığındakı müxtəlif bölgələrə səyahət etdiyi dövrə aiddir. Şah özü bu barədə yazır: “Bu kəndin bütün kişi və qadınları erməni xristianlarıdır və bu torpaqlarda heç yerdə görmədiyim qəribə geyimlər geyinirlər”.


Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev paylaşım edib.


O bildirib ki, bu fotoşəkillərin bəziləri Ərakdakı Çaharfəsl Muzeyindədir:


“Bu fotolar bir daha sübut edir ki, ermənilər Hindistandan olan qaraçılardır; əyinlərində də milli geyimləri bunu təsdiq edir.


Erməni-Qaraçı taboruna baxın: Çadırlar, kibitkalar, məişət əşyaları, qab-qacaq, geyim və mənzil...


Onlar Hindistandan Rusiyanın köməyi ilə Qacar dövlətinə köçürüldülər. Daha sonra oradan Azərbaycana qovuldular və Rusiya imperiyasının köməyi ilə süni bir dövlət yaratdılar”.

Mənbə axar.az

Oxşar Xəbərlər