Cəmiyyət

526 azərbaycanlı saxta viza ilə Almaniyaya gedib...

29 Dec 2025, 11:44 1 baxış
526 azərbaycanlı saxta viza ilə Almaniyaya gedib...

2025-ci ildə 526 Azərbaycan vətəndaşı saxta viza ilə Almaniyaya girməyə cəhd edib.


Axar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.


Məlumata görə, 2025-ci ilin yanvar-oktyabr ayları arasında 5569 viza fırıldaqçılığı hadisəsi qeydə alınıb:


“Bu il ölkəyə girməyə cəhd edən ən çox şübhəli sayı belə olub:


1. Türkiyə - 634;


2. Azərbaycan - 526;


3. İran - 462;


4. Suriya - 275;


5. Əfqanıstan - 212”.

Mənbə axar.az

Oxşar Xəbərlər