Cəmiyyət

Meteohəssas insanların NƏZƏRİNƏ - Növbəti iki gün maqnit qasırğası gözlənilir

29 Dec 2025, 09:32 5 baxış
Meteohəssas insanların NƏZƏRİNƏ - Növbəti iki gün maqnit qasırğası gözlənilir
Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sözügedən tarixlərdə əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir. Qeyd olunub ki, avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-10%, orta geomaqnit enliklərdə isə 10-1%-dir.
Mənbə oxu.az

Oxşar Xəbərlər