Maraqlı
Heyrətamiz mənzərəsi ilə görənləri valeh edən Xızı dağları
Paytaxta ən yaxın dağ rayonu olan Xızı mülayim iqlimi və təmiz havası ilə seçilən turistik məkanlardan biridir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, Mars planetinin səthini xatırladan rəngbərəng, al-əlvan, xınalı dağları ilə tanınır. Bölgənin ən yüksək zirvəsi isə dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar dağıdır. Ərazisinin xeyli hissəsi həm də meşə ilə örtülən Xızı qışın gəlişi ilə qarın ilk yağdığı bölgələrdən biri olur. Xızının qışda ağ örpəyə bürünən ucsuz-bucaqsız dağları və yaşıl meşələri heyrətamiz mənzərəsi ilə görənləri valeh edir. Xızı dağlarından olan fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az